--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Aysel Əlibəyli 25 Avqust 2026 · 15:13 1042 baxış

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Elpress.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Sarkisyan komitənin binasına daxil olarkən jurnalistlərə hansı səbəbdən çağırıldığını bilmədiyini deyib.

Qeyd edək ki, daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət təqibinə başlanıldığını açıqlayıb. Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və pul yuma ilə bağlı bir sıra ittihamlar irəli sürülüb.Eyni iş çərçivəsində Serj Sarkisyan da daxil olmaqla daha 9 nəfər barəsində cinayət təqibinin başladıldığı bildirilib.İş üzrə digər şəxslər arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, İrəvanın sabiq meri Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və keçmiş baş nazir Andranik Marqaryanın da adları çəkilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY-dən sərnişinlərə əlavə qatar reysləri

Next Article

Zelenski İlham Əliyevə təşəkkür edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:02 1040 baxış Tərəflər 60 günlük atəşkəsin müddətinin artırılması üçün vasitəçilərə razılıqlarını çatdırıblar Elpress.az xəbər verir ki, ABŞ və İran arasında qüvvədə olan atəşkəsin müddətinin uzadılması ilə bağlı razılıq […]

Pezeşkian: Xamenei ilə görüş 7 saat davam edib

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:57 1040 baxış İran Prezidenti Ali Rəhbərlə görüşdə ölkənin əsas problemlərinin müzakirə edildiyini bildirib Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Seyid Müctəba Xamenei ilə […]