--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 59 baxış

Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.

Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Məlumata əsasən, hadisə zamanı dörd nəfər xilas edilib. Benqo polisinin nümayəndəsi Qaşpar Luis İnasio bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında olan kişilərdir.Şahidlərin sözlərinə görə, faciə təpədən qopan iri torpaq qatının şaxtanın üzərinə çökməsi nəticəsində baş verib. Bu səbəbdən yerin dərinliyində çalışan şəxslər dağıntı altında qalıblar.Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi məlumatda iki nəfərin itkin düşdüyü qeyd olunsa da, yerli sakinlər şaxtada daha 70 nəfərin qala biləcəyini bildirirlər.İlkin versiyaya görə, torpaq sürüşməsinə son üç gündə bölgədə müşahidə olunan güclü yağışlar səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Next Article

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Faracın partiyası Britaniya siyasətini silkələyir

Aysel Əlibəyli 27 May 2026 · 14:30 42 baxış Naycel Faracın rəhbərlik etdiyi ifrat sağçı siyasi partiya son dövrlərdə artan dəstək və ictimai müzakirələr fonunda Britaniya siyasətinin əsas gündəm mövzularından birinə çevrilərək, ölkənin siyasi mərkəzində […]

Küveyt Hava Limanı yenidən uçuşlara açıldı

Aysel Əlibəyli 06 İyun 2026 · 13:54 84 baxış Raket hücumlarından sonra dayandırılan Küveyt Beynəlxalq Hava Limanında uçuşlar yenidən bərpa olunub Raket hücumları və regional gərginlikdən sonra müvəqqəti bağlanan Küveyt Beynəlxalq Hava Limanında aeronaviqasiya fəaliyyəti […]

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 28 baxış ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq […]