--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Aysel Əlibəyli 12 İyun 2026 · 18:46 1064 baxış

İsrailin müdafiə naziri Israel Katz “X” sosial şəbəkəsində açıqlama verərək ölkəsinin Suriya, Livan və Qəzza zolağından geri çəkilməyəcəyini bildirib.

Nazir qeyd edib ki, İsrail ABŞ ilə birlikdə İrana qarşı “sarsıdıcı zərbələr” endirib və Tehranın hərbi potensialını illərlə geriyə salıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, Israel Katz vurğulayıb ki, İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək imkanını qoruyub saxlamalıdır və bu istiqamətdə orduya hazır vəziyyətdə olmaq üçün tapşırıqlar verilib.O, həmçinin ölkəsinin təhlükəsizlik strategiyasının davam etdiriləcəyini bildirərək İranın dəstəklədiyi “şiə oxu” və “Müsəlman Qardaşlığı” ilə bağlı qüvvələrə qarşı mübarizənin gücləndiriləcəyini qeyd edib.Qeyd edək ki, bəyanat Yaxın Şərqdə artan gərginlik fonunda verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hacıqabulda 160 MVt-lıq günəş elektrik stansiyası tikiləcək

Next Article

HDQ-də döyüş hazırlığı üzrə taktiki təlim keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:30 1040 baxış ABŞ Prezidenti Donald Tramp vəfat edən məşhur musiqiçi və “Y.M.C.A.” hitinin müəllifi Viktor Uillisin xatirəsinə həsr olunmuş paylaşım edib. Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald […]

Hindistan viza şərtlərini sərtləşdirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:49 1139 baxış Hindistan hökumətindən viza qaydalarına sərtləşdirici dəyişiklik Elspress.az-ın məlumatına əsasən, Hindistan Daxili İşlər Nazirliyi ölkədə viza qaydalarına yeni sərtləşdirilmiş dəyişikliklər tətbiq edib. Bildirilib ki, 180 gündən artıq […]