--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Aysel Əlibəyli 09 İyun 2026 · 22:31 68 baxış

Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib.

Elpress.az əl-cəzirə- yə istinadən xəbər verir ki, qərardan sonra aviaşirkətin Aİ-yə üzv ölkələrin hava məkanında uçuşlar həyata keçirməsi qadağan olunub.Avropa Komissiyası bildirib ki, aparılan yoxlamalar zamanı aviasiya təhlükəsizliyi sahəsində ciddi problemlər və beynəlxalq standartlara uyğunluqla bağlı çatışmazlıqlar aşkarlanıb. Məhz bu səbəbdən şirkətə qarşı məhdudlaşdırıcı tədbir tətbiq edilib.Qurum pozuntuların detalları və qadağanın ləğvi üçün yerinə yetirilməli şərtlərlə bağlı əlavə məlumat açıqlamayıb.“Air Express Algeria” isə hələlik qərarla bağlı hər hansı rəsmi mövqe bildirməyib.Qeyd edək ki, Avropa İttifaqının Hava Təhlükəsizliyi Siyahısı 2006-cı ildən qüvvədədir və beynəlxalq təhlükəsizlik tələblərinə cavab verməyən aviaşirkətlərə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.Bununla yanaşı, Avropa Komissiyası Qırğızıstanda qeydiyyatdan keçmiş bütün aviaşirkətlərin təhlükəsizlik göstəricilərində irəliləyiş qeydə alındığını əsas gətirərək onları qara siyahıdan çıxardığını da açıqlayıb.2002-ci ildə yaradılan “Air Express Algeria” əsasən neft-qaz sənayesinə xidmət göstərir, işçi daşımaları, tibbi təxliyə, VIP uçuşlar və yüngül yük daşımaları həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsrail İrana qarşı ağır zərbə və müharibəyə hazırlıq planı qurur

Next Article

Dostunu öldürən şəxsə cəza kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstanda koronavirusa yoluxma qeydə alınıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:15 58 baxış Gürcüstanda son üç həftə ərzində koronavirus infeksiyasına yoluxma halları laborator müayinələrin nəticələri ilə təsdiqlənib. Elpress.az-ın məlumatına əsasən, Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru […]

Fransada silah arsenalı aşkarlanıb, terror istintaqına başlanılıb

Aysel Əlibəyli 12 İyul 2026 · 22:00 14 baxış Fransanın paytaxtı Paris yaxınlığında silahlarla dolu avtomobilin aşkar edilməsindən sonra ölkədə terrorla bağlı genişmiqyaslı istintaq başladılıb. Elpress.az xəbər verir ki , Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) […]