--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakı metrosunda böyük dəyişiklik: Növbəti 10 stansiya bu istiqamətdə tikiləcək

Aysel Əlibəyli 06 Avqust 2026 · 13:21 1100 baxış

Bakı Metropoliteninin inkişafı çərçivəsində yeni stansiyaların tikintisi və hərəkət sxemində mühüm dəyişikliklər nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin sədri Vüsal Aslanov məlumat verib.Onun sözlərinə görə, təmir işləri başa çatdıqdan sonra Dərnəgül stansiyasından gələn qatarların xətləri ayrılacaq və sərnişinlər həmin istiqamətdən birbaşa Xətai stansiyasına hərəkət edə biləcəklər.Vüsal Aslanov bildirib ki, bu yenilik nəticəsində hazırda Cəfər Cabbarlı–Xətai istiqamətində 8 dəqiqə olan qatar intervalı təxminən 3 dəqiqəyədək azalacaq.

Metropoliten sədrinin sözlərinə görə, strateji inkişaf planına əsasən, növbəti 10 metro stansiyasının Xətai stansiyasından Həzi Aslanov istiqamətində inşa olunması nəzərdə tutulur. Xətlərin ayrılması isə bu layihənin ilk mərhələsini təşkil edir.

O qeyd edib ki, tikinti dövründə paytaxt sakinləri üçün müəyyən nəqliyyat çətinlikləri yarana bilər. Lakin metropoliten şəbəkəsinin gələcək inkişafı baxımından bu dəyişikliklərin zəruri olduğu vurğulanıb.

Həmçinin bildirilib ki, gələcəkdə hər bir metro xəttinin ayrıca deposu, infrastrukturu və hərəkət qrafiki olacaq ki, bu da metronun fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Next Article

Ceki Çanı İçərişəhərdə görmək üçün maşının qabağına qaçdılar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xüsusi təyinatlı təhsil müəssisələrində Müəllimlər Günü qeyd olunub

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 21:01 1088 baxış Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər […]

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1082 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]

TƏBİB-də yeni təyinat – şöbə müdiri vəzifəsinə gətirildi

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 05:47 1102 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrlə Vaqif Əhmədov qurumun […]