--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 86 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə ləğv edilərək bal sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

Bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında çıxış edən Akademiyanın prezidenti İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, yeni qiymətləndirmə modelinə tam keçidin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır. Cari ilin noyabr ayınadək isə sistemin üstünlüklərinin öyrənilməsi, maarifləndirmə işlərinin aparılması, elmi ictimaiyyətlə müzakirələrin təşkili və təkliflərin toplanması nəzərdə tutulur.

İsa Həbibbəyli vurğulayıb ki, bu dəyişikliklə bağlı tələsik qərar qəbul edilməyəcək və yeni modelin cəmiyyət, eləcə də elmi ictimaiyyət üçün tam aydın olması məqsədilə bütün faydalı təkliflər nəzərə alınacaq.

AMEA prezidenti qeyd edib ki, dünya elmi artıq rəqəmsal və elmi-metrik qiymətləndirmə metodlarına üstünlük verir. Bu istiqamətdə postsovet ölkələrinin, o cümlədən Ukrayna və Rusiyanın təcrübəsi, həmçinin Yunanıstan və Polşada tətbiq edilən modellər ətraflı şəkildə araşdırılıb.

Akademikin sözlərinə görə, müxtəlif ölkələrin və elmi müəssisələrin istifadə etdiyi bal sistemləri, qiymətləndirmə meyarları və nominasiyalar təhlil olunur. Beynəlxalq təcrübədə səmərəli hesab edilən mexanizmlərin Azərbaycanda tətbiq ediləcək modelin formalaşdırılmasında istifadə olunması planlaşdırılır.

Qeyd edək ki, yeni sistemin tətbiqi elmi fəaliyyətin daha şəffaf, obyektiv və rəqəmsal meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk dövlətlərini birləşdirən tədbir: “Türk Dünyası Həftəsi” keçirilir

Next Article

Valideynlər uşağı avtomobildə unutdu: faciənin qarşısını təsadüfi şahid aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 18 baxış İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib […]

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Aysel Əlibəyli 02 İyul 2026 · 16:03 36 baxış Elpress.az-dan Azərbaycan Polisi Gününə həsr olunan xüsusi təbrik. Bəzən təhlükəsizlik səssiz qəhrəmanların əməyinin nəticəsi olur. Küçələrdəki rahatlıq, insanların evlərinə arxayın qayıtması, asayişin qorunması görünməyən, amma hər […]

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 10 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]

Bakı–Naxçıvan aviareysləri yenidən həyata keçirilir

Aysel Əlibəyli 08 İyul 2026 · 11:05 32 baxış Bakı–Naxçıvan marşrutu üzrə hava nəqliyyatında yaranan fasilə aradan qaldırılıb və uçuşlar yenidən normal rejimdə həyata keçirilir. Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Naxçıvan […]