--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 52 baxış

Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb.

Qərarda məktəbin nəzəri prinsiplərinin orta və ali təhsil müəssisələrində geniş tətbiqi tövsiyə olunub. Nizami Məmmədov bildirib ki, bu tanınma uzun illərin elmi fəaliyyətinin nəticəsi olmaqla yanaşı, ekoloji təhsil ideyalarının müasir dövrdə nə qədər aktual olduğunun göstəricisidir. Onun sözlərinə görə, ətraf mühit problemlərinin həlli yalnız texnoloji yeniliklərlə mümkün deyil, cəmiyyət və təbiət arasında harmoniyanı əks etdirən yeni düşüncə tərzinin formalaşdırılması da zəruridir.Alim vurğulayıb ki, insanın sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququ ekoloji təhsilin əsasını təşkil edir. Bu səbəbdən ekoloji düşüncə müasir insanın dünyagörüşünün ayrılmaz hissəsinə çevrilməlidir.

Qeyd edək ki, Nizami Məmmədov 50 illik elmi-pedaqoji fəaliyyəti dövründə 400-dən çox elmi əsərin müəllifi olub, 40-dan artıq namizədlik və doktorluq dissertasiyasına rəhbərlik edib. Onun müəllifi olduğu ekologiya dərsliyi uzun illərdir tədris prosesində istifadə olunur və bir sıra xarici dillərə tərcümə edilib.Professor, həmçinin azərbaycanlı alimlər Urxan Ələkbərov, Sevda Məmmədəliyeva, Vilayət İsmayılov və İslam Mustafayev ilə birgə müxtəlif elmi layihələr həyata keçirir. Ötən il onun həmmüəllifi olduğu “Ekoloji sivilizasiya astanasında: yaşıl enerjiyə keçid” kitabı geniş maraq doğurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Qayıdışın növbəti ünvanı: Şükürbəylidə həkim məntəqəsi açıldı

Next Article

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 56 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 87 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]