--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Sahibə Qafarova və Qalibaf regiondakı prosesləri və əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 24 İyun 2026 · 19:34 1062 baxış

Azərbaycan və İran parlament rəhbərləri Bakıda görüşdü: Regional məsələlər müzakirə olundu

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüş keçirib.Görüş zamanı Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişafı, ikitərəfli əməkdaşlıq imkanları və regionda baş verən son proseslər müzakirə olunub.Sahibə Qafarova iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, əlaqələrin dostluq və qonşuluq prinsipləri əsasında daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.Tərəflər müxtəlif sahələrdə həyata keçirilən layihələrə, yeni əməkdaşlıq perspektivlərinə və parlamentlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunublar.Görüşdə regional gərginliyin azalması, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan danışıqların vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan tərəfindən İrana göstərilən humanitar dəstək və qarşılıqlı münasibətlərdə bu addımların rolu qeyd olunub.Məhəmməd Baqer Qalibaf Azərbaycan dövlətinə və xalqına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib, iki ölkə arasında əlaqələrin son dövrdə inkişaf etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İŞİD-in yüksək səviyyəli liderlərindən biri Suriyada öldürüldü

Next Article

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili hərbi sənədlərini əldə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropa İttifaqından Azərbaycana strateji tərəfdaşlıq mesajı

Aysel Əlibəyli 02 İyul 2026 · 08:13 1038 baxış Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a […]

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1046 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:34 1014 baxış Media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib. Elpress.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, […]

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 1044 baxış Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, […]