--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Görüş başa çatdı: Ceyhun Bayramov ATƏT sədri ilə mühüm məsələləri müzakirə edib-YENİLƏNİB

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:02 1018 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis arasında geniş tərkibdə görüş keçirilib.

Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan–İsveçrə ikitərəfli münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq, təşkilatın fəaliyyət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.Tərəflər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində tərəfdaşlıq və SOCAR-ın İsveçrədəki fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ATƏT-in regional təhlükəsizliyin təmin olunmasında rolunun gücləndirilməsinin vacibliyini qeyd edib, Azərbaycanın təşkilatla qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüşdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi, sülh gündəliyinin hazırkı vəziyyəti, Azərbaycanın mina problemi, eləcə də Ukrayna, Yaxın Şərq və digər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Next Article

Ronaldo və Corcina evlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1054 baxış Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb Azərbaycan və Fransa arasında siyasi […]

Bakıda yeni Braziliya səfiri işə başladı

Aysel Əlibəyli 04 İyun 2026 · 18:41 1138 baxış 4 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəyə yeni təyin olunmuş Braziliya səfiri Bernard Klinqli ilə görüş keçirib. Görüş zamanı diplomat öz missiyasına başlaması […]