--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:17 58 baxış

Nəriman Mehdixanlının 90 illik yubileyi: Şairin yaradıcılığına ehtiram göstərildi

Ağstafalı qocaman şair Nəriman Mehdixanlının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa şəhərində yerləşən “Yazıçılar Evi”ndə baş tutan yubiley mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, yubilyarın yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, yaradıcılığında əsasən vətənpərvərlik mövzusuna üstünlük verən Nəriman Mehdixanlının şeirləri oxucular tərəfindən sevilir və onun ədəbi irsi gələcək nəsillər üçün də dəyərli mənbə olaraq qalacaq.Yubiley gecəsində şairin həyat və yaradıcılığından geniş bəhs olunub, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr diqqətə çatdırılıb. Şair və yazıçılar tərəfindən yubilyarın əsərlərindən seçilmiş nümunələr səsləndirilib, aşıqlar isə onun sözlərinə bəstələnmiş saz havalarını ifa ediblər.Qeyd olunub ki, 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəriman Mehdixanlının “Ürəklərdə iz salam”, “Bənövşə ömrü yaşayırıq”, “Ana təbiətdir ilham mənbəyim”, “Ellər, sözüm əmanət” və digər şeir kitabları oxuculara təqdim olunub.Sonda Nəriman Mehdixanlı mədəniyyət və sənət adamlarına göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Next Article

Azərbaycan HDQ-də Pakistan nümayəndə heyəti ilə təhlükəsizlik görüşü keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 123 baxış “AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı […]

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 24 baxış “Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri […]

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 250 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]