--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 54 baxış

Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və mənəvi bağlılıq hisslərini səmimi şəkildə ifadə edir.

Elpress.az olaraq şeiri təqdim edirik:

Atam kimi unutmadım

Əli Hacıya

Dərddən uzaq gözün gülsün,
Qışın gülsün, yazın gülsün,
Oğlun gülsün, qızın gülsün,
Mən içimdən gülüm, dağlar!

Gümanım yox unutmağa,
Dönməyəsən daş yumağa,
Nədən bürünübsən ağa?
Quruyaydı dilim, dağlar!

Ziyarətə gələn olsun,
Ayaqlarım yalın olsun,
Dərd-ögeylik yalan olsun,
Mən hər evə gəlim, dağlar.

Nə sərt külək, nə sazağam,
Nədən gözündən uzağam?
Yaxşı hələ üzü ağam,
Qurban hazır, bölüm, dağlar.

Bağışlasın Tanrı məni,
Gülümsəyən görüm səni.
At başından güman-çəni,
Mən də rahat ölüm, dağlar!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Next Article

Mərdəkanda ailə faciəsi: Biri öldü, biri axtarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 110 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 64 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 129 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]