--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1108 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə start verib.

Elpress.az xəbər verir ki, qeydiyyat DİM-in müvafiq internet səhifəsi vasitəsilə elektron qaydada aparılır.Məlumata görə, təsviri sənət, teatr, kino və xoreoqrafiya, eləcə də musiqi sənəti istiqamətləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 18–29 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər.Qeyd edilib ki, iştirakçılar yalnız bir istiqamət üzrə müraciət edə bilərlər. İmtahanlarda iştirak üçün buraxılış imtahanının I mərhələsində 50 və daha yüksək bal toplayan abituriyentlər qeydiyyat hüququ qazanırlar.“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”nin çap olunacağı tarixlər barədə məlumat DİM-in rəsmi saytında açıqlanacaq. Sənəddə imtahanın tarixi, vaxtı və keçiriləcəyi ünvan qeyd olunacaq.Xatırladaq ki, xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlı ətraflı məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Next Article

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1084 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1124 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1260 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]