--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Aysel Əlibəyli 03 İyul 2026 · 17:29 1040 baxış

Azərbaycanın faydalı bitkilərinin elmi tədqiqi və tətbiq sahələrinə həsr olunan “Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının birinci cildi nəşr edilib.

Azərbaycanın zəngin flora irsinin öyrənilməsi istiqamətində mühüm elmi nəşrlərdən biri olan “Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının I cildi çapdan çıxıb. Fundamental elmi əsər ölkənin faydalı bitkilərinin elmi təsnifatı, tarixi inkişafı və müxtəlif sahələrdə tətbiqinin geniş araşdırılmasına həsr olunub.Nəşrdə bitki növlərinin ilk dəfə kimlər tərəfindən adlandırıldığı, həmin dövrdə istifadə olunan sistematik prinsiplər və bu adların müasir botanika elmindəki əhəmiyyəti ətraflı şəkildə izah edilir. Eyni zamanda, bitkilərin etnobotaniki, farmakoloji və ekoloji xüsusiyyətləri tarixi mənbələr əsasında təhlil olunur, onların qədim dövrlərdən bu günədək istifadə istiqamətlərində baş verən elmi yeniliklər oxuculara təqdim edilir.Kitabın diqqətçəkən məqamlarından biri də burada yer alan bitki növlərinin əksəriyyətinin fitokimyəvi tərkibinin müəlliflər tərəfindən tədqiq olunaraq işlənilməsidir. Bundan əlavə, nəşrdə latın terminologiyasının bitki növlərinin adlandırılmasındakı rolu, növ təsvirlərinin hazırlanma prinsipləri və bu proseslərin müasir taksonomiyanın inkişafına təsiri elmi əsaslarla izah olunur.Mütəxəssislərin fikrincə, nəşr botanika, ekologiya, fitokimya, kənd təsərrüfatı və digər elmi istiqamətlər üzrə çalışan tədqiqatçılar üçün dəyərli mənbə olmaqla yanaşı, tələbələr, ekspertlər və bitkilərin tarixi, xüsusiyyətləri və istifadəsi ilə maraqlanan oxucular üçün də faydalı elmi vəsait hesab edilir.Kitabın elmi redaktoru professor Səyyarə İbadullayeva, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Aydın Əsgərovdur. Nəşrin müəllifləri professor Səyyarə İbadullayeva, dosent Ramiz Ələkbərov, dosent Gülnarə Şirəliyeva, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva, doktorant Venera Əhmədova və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Pərvanə Rüstəmovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü

Next Article

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1052 baxış Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc […]

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Aysel Əlibəyli 07 İyul 2026 · 22:35 1038 baxış Mübahisələr yaradan dahi: Robert Haynlaynın əsərləri niyə etirazlarla qarşılaşırdı? Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Bu gün dünya elmi fantastika ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biri, “ABŞ […]

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1074 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 1060 baxış Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə […]