--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türkiyə AI sahəsində növbəti mərhələyə keçir

Aysel Əlibəyli 13 İyun 2026 · 16:54 54 baxış

Türkiyə “Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nı təqdim edib.

Elpress.az xəbər verir ki, İstanbulda keçirilən Süni İntellekt Zirvəsində açıqlanan sənəd ölkənin bu sahədə qarşıdakı beş il üçün əsas hədəflərini müəyyənləşdirir.Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, plan “fərqinə varmaq”, “istifadə etmək”, “istehsal etmək” və “idarə etmək” prinsipləri üzərində qurulub. Layihə çərçivəsində ilk mərhələdə “Milli Süni İntellekt Savadlılığı Proqramı” həyata keçiriləcək və iki il ərzində 5 milyon vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur.Proqram çərçivəsində 10 min yüksəkixtisaslı süni intellekt mütəxəssisinin və 100 min peşəkar kadrın hazırlanması planlaşdırılır. Eyni zamanda, səhiyyə, kənd təsərrüfatı, müdafiə və elektron ticarət sahələrini əhatə edən 2 minə yaxın dövlət məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur.Fəaliyyət Planına əsasən, dövlət investisiya proqramlarında süni intellekt layihələrinə minimum 2 faiz vəsait ayrılacaq. Həmçinin 2030-cu ilədək ölkədə məlumat mərkəzlərinin quraşdırılmış gücünün 1 giqavata çatdırılması hədəflənir.Məlumat mərkəzləri, bulud texnologiyaları və süni intellekt infrastrukturlarının inkişafı üçün özəl sektorun iştirakı ilə ən azı 10 milyard dollar həcmində investisiya yatırılması planlaşdırılır.Prezident qeyd edib ki, məqsəd İstanbulu süni intellekt sahəsində beynəlxalq sərmayə və innovasiya mərkəzinə çevirmək, Türkiyəni isə bu texnologiyanın inkişafında aparıcı ölkələr sırasına çıxarmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıdakı 205 nömrəli məktəbdə “Son zəng” sevinci yaşanıb

Next Article

Flora Kərimova xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 118 baxış Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır. Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı […]

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 8 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]

Enerji effektivliyi sistemi təsdiqləndi

Aysel Əlibəyli 09 İyun 2026 · 17:37 110 baxış Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara əsasən, Enerji Effektivliyi İnformasiya Sisteminin Əsasnaməsi təsdiq […]

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 72 baxış Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur […]