--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1032 baxış

Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir göstərib. Davamlı yağışlar, küləkli hava və temperatur dəyişiklikləri bölgələrdə istirahət üçün tələbatın azalmasına səbəb olub.Xüsusilə açıq havada istirahət etməyi planlaşdıran turistlərin bir qismi səfərlərini təxirə salıb və ya rezervasiyalarını ləğv edib. Bu vəziyyət bəzi bölgələrdə hotellərin, kotteclərin və günlük kirayə evlərin doluluq səviyyəsinə təsir göstərib.Tələbatın azalması fonunda bir sıra yerləşdirmə obyektləri müştəri cəlb etmək üçün qiymətlərdə endirimlər tətbiq etməyə başlayıb. Bəzi istirahət mərkəzlərində qiymətlər 10-20 faizədək aşağı salınıb.Ən çox dəyişiklik dağ və təbiət turizminin geniş yayıldığı Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı və Lerik istiqamətlərində hiss olunur. Yağışlı hava açıq hava fəaliyyətlərinə marağı azaltdığı üçün bu bölgələrdə günlük evlərə və kotteclərə tələbat zəifləyib.Mütəxəssislərin fikrincə, hava şəraitinin uzun müddət qeyri-sabit qalmaması halında qiymətlərdəki dəyişikliklər əsasən müvəqqəti xarakter daşıyır. Havanın yaxşılaşması ilə turist axınının yenidən artacağı və turizm bazarında əvvəlki aktivliyin bərpa olunacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda qeyri-adi hava

Next Article

NATO-nun diqqəti Türkiyədə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1052 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]