--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:06 1054 baxış

“Qarabağ”ın baş məşqçisi “Dinamo” ilə oyun öncəsi komandanın vəziyyətini dəyərləndirib

Elpress.az xəbər verir, “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab qarşılaşmasına hazırlaşır.Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında komandanın hazırlığı barədə danışıb. O, futbolçuların qarşılaşmaya hazırlaşmaq üçün bir neçə gün ərzində səmərəli çalışdıqlarını bildirib.İlk görüşdə 0:1 hesabı ilə məğlub olduqlarını xatırladan Qurbanov cavab matçında daha yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib. Baş məşqçi rəqibin müdafiədə yaxşı təşkil olunduğunu və qələbə üçün futbolçuların maksimum güc göstərməli olduğunu vurğulayıb.Qurban Qurbanov ilk oyunda yol verilən fərdi səhvlərin komandanın oyun tempindən və bəzi futbolçuların təcrübəsindən qaynaqlana biləcəyini qeyd edib. O, texniki səhvlərin minimuma endirilməsinin vacibliyini bildirib.“Qarabağ”ın son üç oyunda qol vura bilməməsinə də toxunan mütəxəssis bunun futbol üçün normal hal olduğunu deyib. Onun sözlərinə görə, komanda qol problemini aradan qaldırmaq üçün çalışır və mövcud çətinliklər zamanla həll olunacaq.Qurbanov həmçinin Abdullah Zubirin komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb

Next Article

Azərbaycan ABŞ-dan minatəmizləmə dəstəyi gözləyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DÇ finalında rus sözləri qalmaqal yaratdı

Aysel Əlibəyli 21 İyul 2026 · 16:01 1074 baxış Dünya Çempionatının finalındakı fasilə şousunda rus sözləri və “Rusiya” yazısı müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, İspaniya ilə Argentina arasında keçirilən 2026-cı il Dünya Çempionatının […]

“Qarabağ”ın “Tvente” ilə oyununun saatı açıqlanıb

Aysel Əlibəyli 14 Avqust 2026 · 10:57 1046 baxış “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq. Elpress.az xəbər verir ki, komandalar arasında ilk oyun avqustun 20-də Niderlandda keçiriləcək.Qarşılaşma “Qrols Veste” stadionunda baş tutacaq […]

“Qarabağ”ın növbəti rəqibi “Zirə” oldu

Aysel Əlibəyli 18 İyun 2026 · 16:14 1148 baxış 2026/2027 mövsümünə hazırlıqlarını davam etdirən Qarabağ FK növbəti yoxlama oyununa çıxacaq. Elpress.az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 20-də Zirə FK ilə qarşılaşacaq.Yoldaşlıq görüşü “Azersun Arena”nın […]

Messi tarix yazmağa bir addım qaldı

Aysel Əlibəyli 20 İyul 2026 · 00:04 1088 baxış Argentina bu gün Dünya Çempionatında növbəti tarixi uğur üçün meydana çıxır Elpress.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının finalında Argentina və İspaniya üz-üzə gəlir. Qarşılaşma […]