Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində açıq sahədə yanğın baş verib.
Elpress.az xəbər verir ki, Yanğın Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yerləşən açıq sahədə qeydə alınıb. İlkin məlumata görə, alov qısa müddət ərzində geniş əraziyə yayılaraq ətraf sahələr üçün təhlükə yaradıb.Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb edilib. Hazırda yanğının lokallaşdırılması, tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.Yanğının hansı səbəbdən baş verdiyi və hadisə nəticəsində dəyən ziyanın həcmi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.


