--:--:-- | 28 İyun 2026, Bazar
Son Xəbər
Yüklənir...

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 52 baxış

Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal şəhərsalma siyasətinin müzakirəsi üçün mühüm platforma olduğu vurğulanıb.

Türkiyə mediasında yayılan xəbərlərdə bildirilib ki, UN-Habitat tərəfindən təşkil olunan tədbirə 182 ölkədən 42 mindən artıq iştirakçı qatılıb və Bakı şəhəri urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı mühüm müzakirələrin mərkəzinə çevrilib.

Yazılarda Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun məqsədlərinin həyata keçirilməsinə Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirib. Onun fikirlərinə əsasən, tədbir beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Media materiallarında qeyd olunub ki, forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün əlverişli imkan yaradır. Bu təşəbbüslərin müasir şəhərsalma yanaşmalarına nümunə olduğu diqqətə çatdırılıb.

Türkiyə mətbuatı həmçinin vurğulayıb ki, WUF13 Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirir. Xəbərlərdə iki il əvvəl Bakıda keçirilən COP29 iqlim konfransının uğurla təşkil olunması da xatırladılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə rəsmisi bildirib ki, biz dağıtmağa yox, qurub yaratmağa üstünlük verən bir millətik.

Next Article

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu il 116 mindən çox şagird məzun olur

Aysel Əlibəyli 11 İyun 2026 · 18:17 38 baxış Bu il ölkə üzrə 116 min 550 şagird məzun olur Bu il ölkə üzrə 116 min 550 şagird məzun adını qazanır 🎓 Onların 55 min 954-ü […]

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 94 baxış Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub […]

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Aysel Əlibəyli 04 İyun 2026 · 21:23 101 baxış Azərbaycanda mopedlərin istismarı ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Yeni dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin sahibləri bir sıra əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar.Elpress.az FED.az-a istinadən xəbər […]