--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1052 baxış

Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb

İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə 25 dərəcəyədək yüksələcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-şərq küləyi əsəcək, axşam saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 22-23 dərəcə, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25 dərəcə isti olacaq.Bununla yanaşı, Səhiyyə Nazirliyi bəzi çimərliklərdə dəniz suyunun keyfiyyəti ilə bağlı xəbərdarlıq edib. Laborator müayinələrin nəticələrinə əsasən, bir sıra ərazilərdə su nümunələrinin sanitariya tələblərinə uyğun olmadığı müəyyən edilib.Monitorinq zamanı Bakı şəhərinin Türkan, Hövsan, Şıx və Sahil qəsəbələrində, həmçinin Lənkəranın Aşağı Nüvədi, Sütəmurdov, Kiçik Bazar yaşayış məntəqələrində və Xaçmazın Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyunun çirkab və tullantı suları ilə çirkləndiyi aşkarlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

kart hesablarında yaranan texniki problem araşdırılır

Next Article

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyunun 15-i Üçün Hava Proqnozu

Aysel Əlibəyli 14 İyun 2026 · 12:46 1080 baxış Milli Hidrometeorologiya Xidmətinin növbəti gün üçün hazırladığı hava hesabatı təqdim olunub. Paytaxt və ətraf ərazilərdə göy üzü gah buludlu, gah da açımcaq olacaq. Günün böyük hissəsi […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1026 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1040 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]