--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 13 İyul 2026 · 10:57 1058 baxış

Milli Hidrometeorologiya Xidməti iyulun 13-də ölkə ərazisində əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyini açıqlayıb.

Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 13-nə olan hava proqnozunu yayıb.Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz isə 30-35° isti olacaq.Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə olunacaq.Rayonlarda havanın temperaturu gecə 22-27°, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 14-18°, gündüz 23-28°, bəzi yerlərdə isə 32-35° isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Next Article

Yaponiyada dənizin dibində rekord qızıl ehtiyatı aşkarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Aysel Əlibəyli 10 İyun 2026 · 16:35 1092 baxış Sabah Bakının Nəsimi rayonunda yerləşən bir sıra küçələrdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma […]

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1040 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]

“Bakının 4 rayonunda qaz olmayacaq”

Aysel Əlibəyli 24 May 2026 · 21:19 1102 baxış Sabah Bakının 4 rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Elpress.az – a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd […]

İstirahət zonalarında polis gücləndirilmiş rejimdə xidmət aparır

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:53 1020 baxış Elpress.az xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq, həmin ərazilərdə polis əməkdaşlarının fasiləsiz […]