--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Elşən 23 Aprel 2026 · 18:08 36 baxış

Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşəbbüsü ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusuna həsr olunmuş konfrans təşkil olunub.

ELPress.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin dövlətçilik irsi ölkənin bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi və yerli özünüidarə institutlarının formalaşmasında da mühüm əhəmiyyət kəsb edib. O vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Çıxış zamanı qeyd edilib ki, Heydər Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir, yerli vəziyyəti şəxsən araşdırır və inkişafın təmin olunması üçün məqsədyönlü qərarlar qəbul edirdi. Həmin dövrdə regionlarda geniş infrastruktur layihələri həyata keçirilib, yollar çəkilib, təhsil və səhiyyə müəssisələri tikilib, yeni istehsal sahələri yaradılıb.

Siyavuş Novruzov əlavə edib ki, bu siyasət bu gün də İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə çıxışında bildirib ki, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu, müstəqil institutların təşəkkülü, eləcə də yerli özünüidarə və vətəndaş cəmiyyəti strukturlarının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, yerli demokratiyanın hüquqi bazası 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası ilə müəyyən edilib və sonrakı qanunvericilik aktları bu sistemi daha da möhkəmləndirib.

O, həmçinin qeyd edib ki, müasir dövrdə İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramları uğurla icra olunur, yerli özünüidarəetmə mexanizmləri təkmilləşdirilir və demokratik institutlar gücləndirilir.

Daha sonra Milli Məclisin komitə sədri Azər Əmiraslanov “Heydər Əliyev – Azərbaycanda regional inkişaf strategiyasının banisi” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin müəyyən etdiyi iqtisadi yanaşma bu gün də aktuallığını qoruyur. Onun sözlərinə görə, həmin strategiya regionların balanslı və davamlı inkişafına yönəlib, iqtisadi potensialın səmərəli istifadəsinə və sənayeləşmənin genişlənməsinə şərait yaradıb.

Tədbirdə Ədliyyə Nazirliyinin nümayəndəsi Elmin Həsənov “2026 – Şəhərsalma və Memarlıq İli: bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda çıxış edərək bildirib ki, bu təşəbbüs yerli idarəetmə orqanları üçün yeni çağırışlar yaradır. O vurğulayıb ki, bələdiyyələr şəhərsalma məsələlərinə daha məsuliyyətli yanaşmalı və fəaliyyətlərini müasir tələblərə uyğun qurmalıdırlar.

Sonda Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Adil Əhmədov rəqəmsallaşma mövzusuna toxunaraq bələdiyyələrin fəaliyyətində rəqəmsal həllərin tətbiqi, əldə edilən nailiyyətlər və gələcək hədəflər barədə məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan millisi 2 qızıl, 3 bürünc medal və 133 xalla Avropa çempionu olub.

Next Article

Azərbaycan Almatıda turizm sərgisində təbliğ olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:42 56 baxış Azərbaycanda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elpress.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 15:13-də Qəbələ rayonu […]

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Aysel Əlibəyli 02 İyun 2026 · 11:16 84 baxış 2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə ümumilikdə 56 aptekdə genişmiqyaslı yoxlama aparılıb və fəaliyyət göstərən əczaçılıq müəssisələrinin normativ tələblərə uyğunluğu […]