--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1074 baxış

Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqlar ilkin olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi müayinədən keçirilib. Müayinələrin nəticələrinə uyğun olaraq hər bir uşaq üçün ayrıca reabilitasiya planı hazırlanıb.Proqram çərçivəsində onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və sosial adaptasiyasına dəstək məqsədilə fərdi görüşlər, qrup terapiyaları, yoqa və rəqs məşğələləri təşkil olunur. Bununla yanaşı, müalicəvi masaj, hovuz prosedurları, vannalar və art-terapiya xidmətləri də göstərilir.Nazirlikdən bildirilib ki, 10 günlük sosial reabilitasiya proqramına uşaqların asudə vaxtının səmərəli təşkili də daxildir. Bu məqsədlə onlar üçün tarixi məkanlara və muzeylərə ekskursiyalar, müxtəlif intellektual oyunlar, əyləncəli yarışlar və digər tədbirlər keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Next Article

Kanoeçimiz Avropa çempionatına yollanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 1086 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1074 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]