--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycanda əsgərlik müddəti azaldılacaq? – Generaldan rəsmi açıqlama

Aysel Əlibəyli 26 İyun 2026 · 23:22 56 baxış

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi hazırda gündəmdə deyil.

Elpress.azxəbər verir ki, Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində bildirib.

General qeyd edib ki, hərbi xidmət müddətinin azaldılması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi hazırlıq prosesini məhz onlar həyata keçirirlər.

Onun sözlərinə görə, çağırışçıların daha qısa müddətdə zəruri hərbi bilik və bacarıqlara yiyələnməsinin mümkün olduğu təqdirdə bu məsələ müzakirəyə çıxarıla bilər.

Mürsəl İbrahimov əlavə edib ki, hazırkı mərhələdə nə hərbi xidmət müddətinin azaldılması, nə də ödənişli hərbi xidmət modelinin tətbiqi ilə bağlı hər hansı müzakirə aparılmır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kadir İnanır həyatını itirdi: Yeşilçam əfsanəsi 77 yaşında vəfat etdi

Next Article

Ukrayna Volqoqradda “İsgəndər” raketləri istehsal edən müəssisəni hədəfə aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 76 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 73 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]