--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 45 baxış

Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir.

Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. İqlim insanların rifahına və gələcək nəsillərin həyatına təsir göstərən əsas amillərdən biri hesab olunur.

Hazırda iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən ciddi qlobal problemlər sırasındadır. Qlobal istiləşmə, ozon qatındakı dəyişikliklər, təbii fəlakətlərin artması və hava şəraitinin qeyri-sabitliyi Yer kürəsində ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Bu proses ərzaq təhlükəsizliyinə, insanların yaşayışına və təbii resursların qorunmasına mənfi təsir göstərir.

Son onilliklərdə dünyada iqlim dəyişikliklərinin sürətləndiyi müşahidə olunur və demək olar ki, hər il yeni temperatur rekordları qeydə alınır. Alimlər temperatur artımının gələcəkdə hansı nəticələr doğuracağını tam dəqiqliklə proqnozlaşdıra bilməsələr də, mütəxəssislər insanların bu prosesi yavaşlatmaq imkanına malik olduğunu bildirirlər.

Ekoloqların fikrincə, iqlim dəyişikliklərinin əsas səbəblərindən biri atmosferdə istixana qazlarının artmasıdır. Bu məsələ beynəlxalq səviyyədə ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer Sammiti”ndə geniş müzakirə olunub. Daha sonra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qəbul edilərək dövlətlər üçün ümumi fəaliyyət prinsipləri müəyyənləşdirilib.

1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilən Kioto Protokolu isə inkişaf etmiş ölkələrə istixana qazı emissiyalarını azaltmaq öhdəliyi qoyub. Ardınca 2007-ci ildə Balidə keçirilən beynəlxalq konfransda karbon emissiyalarının azaldılması istiqamətində yeni çağırışlar səsləndirilib.

Mütəxəssislər hesab edir ki, iqlimin qorunması üçün hər bir insan gündəlik həyatında kiçik də olsa addımlar ata bilər. Enerjiyə qənaət, avtomobildən daha az istifadə, ağacəkmə aksiyalarına qoşulmaq və yaşıllıqları qorumaq bu istiqamətdə mühüm rol oynayır. Kiçik görünən bu addımlar ümumi şəkildə böyük nəticələr verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Next Article

Qalatasaray bu gün çempionluq sevincini azarkeşləri ilə birlikdə qeyd edəcək.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 42 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]

ABŞ rəsmisi Şəhidlər xiyabanını ziyarət edib

Aysel Əlibəyli 02 İyun 2026 · 17:13 82 baxış Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər xiyabanında olub. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı açıqlama ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 97 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 41 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]