--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 98 baxış

Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay günəş duruşu baş verib.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu hadisə zamanı Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu zaman Yer oxunun Günəşə meyilliyi ən əlverişli vəziyyətə çatır və Günəş səmada ilin ən yüksək nöqtəsinə qalxır.Bakıda Günəş günorta vaxtı üfüqdən təxminən 73.1° hündürlükdə müşahidə olunur. Nəticədə gündüzün müddəti 15 saat 03 dəqiqə 24 saniyə, gecə isə 8 saat 56 dəqiqə 36 saniyə olur.Yay fəslinin ümumi müddəti isə təxminən 93 gün 15 saat 40 dəqiqə 42 saniyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

⚽ İspaniya – Səudiyyə Ərəbistanı: Qrupda ikinci sınaq

Next Article

Putin və Lukaşenko Zelenskinin Belarusla bağlı açıqlamalarını müzakirə edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 70 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

Paraplanla narkotik daşıyanlar ifşa olundu

Aysel Əlibəyli 27 May 2026 · 13:07 74 baxış Biləsuvar rayonunda paraplan vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik aşkar edilib, bununla bağlı iki nəfər saxlanılıb. Elpress.az-ın DİN Mətbuat xidmətinə istinadən verdiyi xəbərə […]