--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Aysel Əlibəyli 01 İyul 2026 · 23:57 1044 baxış

Elpress.az xəbər verir ki, Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı artaraq 2 295 nəfərə çatıb.

Məlumata görə, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges “Venezolana de Television” telekanalının efirində açıqlama verib.Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri ölkənin Yarakuy ştatında yerləşib və ocaqlar bir-birindən təxminən 10 kilometr məsafədə olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir. Hökumət zərərçəkən bölgələrə əlavə qüvvə və humanitar yardım cəlb edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı və Ankara ədliyyə sahəsində əməkdaşlığı genişləndirir

Next Article

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran Ukraynaya etiraz etdi: Tehrandakı diplomat XİN-ə çağırıldı

Aysel Əlibəyli 26 İyul 2026 · 02:04 1012 baxış İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək Xəzər dənizində baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi etirazını çatdırıb. Elpress.az xəbər verir […]