--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyə naziri: Yeni dəmir yolu Azərbaycanla əlaqələri gücləndirəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 17:40 18 baxış

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Elpress.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin Türkiyə, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.Nazirin sözlərinə görə, bu layihə Türkiyə üçün strateji əhəmiyyət daşıyır və ölkənin nəqliyyat siyasətində prioritet istiqamətlərdən biri hesab olunur. O vurğulayıb ki, nəqliyyat layihələri təkcə infrastrukturun inkişafına deyil, həm də istehsalın, ixracın, məşğulluğun, regional inkişafın və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.Abdulkadir Uraloğlu qeyd edib ki, son 24 il ərzində Türkiyənin nəqliyyat və infrastruktur sektoruna ümumilikdə 355 milyard dollar həcmində investisiya yatırılıb. Onun sözlərinə görə, bu investisiyalar ölkənin dəmir yolu sisteminin sürətli inkişafına ciddi təkan verib.Nazir bildirib ki, 2002-ci ildə Türkiyənin dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 11 min kilometr olduğu halda, hazırda bu göstərici 14 min kilometrə çatıb. Bunun 2251 kilometri yüksəksürətli dəmir yolu xətlərindən ibarətdir. Məqsəd 2028-ci ilə qədər şəbəkənin uzunluğunu 17 min 287 kilometrə, 2053-cü ilə qədər isə 28 min 590 kilometrə çatdırmaqdır. Hazırda ölkədə 4164 kilometrlik yeni dəmir yolu xəttinin tikintisi davam etdirilir.Uraloğlu əlavə edib ki, hökumətin planına əsasən, 2028-ci ilə qədər yüksəksürətli dəmir yolu şəbəkəsinin əhatə etdiyi əyalətlərin sayı 11-dən 27-yə, əsas logistika mərkəzlərinin sayı isə 13-dən 25-ə yüksələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Next Article

Makron Suriyaya rəsmi səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 12 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]

Kaya Kallas: Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:45 32 baxış NATO-da Türkiyənin rolu vurğulandı: Güclü ordu və müdafiə sənayesi diqqət mərkəzində Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin NATO daxilindəki strateji əhəmiyyəti və hərbi imkanları yenidən […]

Kir Starmer parlamentdə alqışlarla yola salınıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:06 14 baxış Kir Starmer Böyük Britaniya parlamentində Baş nazirə suallar sessiyasında sonuncu dəfə iştirak edib və deputatlar tərəfindən alqışlarla yola salınıb. Elpress.az xəbər verir ki, çıxışı zamanı siyasi […]

Zelenski Putinin 9 May atəşkəs təklifinə münasibət bildirdi

Elşən 30 Aprel 2026 · 13:23 76 baxış Ukrayna Prezidenti Volodymyr Zelenskyy Rusiyanın lideri Vladimir Putin tərəfindən 9 May münasibətilə irəli sürülən atəşkəs təşəbbüsünə münasibət bildirib. Elpress.az – ın APA-a istinadən verdiyi məlumata əsasən, Zelenski […]