--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 1034 baxış

Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib.

Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. Bu barədə CNN telekanalı kruizi təşkil edən “Atlantis Events” şirkətinə istinadən məlumat yayıb.Məlumata görə, iyulun 5-də Yunanıstandan yola düşən “Athens to Venice” kruizi marşrut üzrə əvvəlcə Türkiyənin Kuşadası limanına, daha sonra isə İstanbula səfər etməli idi. Lakin səfər proqramı planlaşdırıldığı kimi həyata keçirilməyib.Bildirilir ki, Türkiyənin yerli hakimiyyət orqanları gəminin “cəmiyyətin dəyərləri və mənəvi normaları ilə uzlaşmayan davranışları ilə tanınan qruplar” tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək onun ölkə limanlarına girişinə icazə verməyiblər.Qərardan sonra kruiz gəmisinin marşrutu dəyişdirilib və o, Misir və Yunanıstandakı alternativ limanlara yönləndirilib. “Atlantis Events” şirkəti marşrut dəyişikliyinin özlərindən asılı olmayan səbəblərdən baş verdiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Fənərbaxça” Mert Hakanla müqaviləni yenilədi

Next Article

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1130 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

Cevdet Yılmaz: Türkiyəyə yeni mülki Konstitusiya lazımdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:08 1026 baxış Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin hərbi çevrilişlər dövründə qəbul edilən Konstitusiyadan imtina etməsinin vacibliyini vurğulayıb. Elpress.az məlumat verir ki , Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “24 TV” […]