ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey.Di.Vensin İranla sülh sazişinin imzalanması məqsədilə Cenevrəyə gedəcəyini açıqlayıb.
Tramp bu barədə Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.Tramp bildirib ki, Cey.Di.Vens imzalanma mərasimində xüsusi iştirak edəcək. Onun özünün isə G7 sammitindəki proqramdan asılı olaraq Cenevrəyə səfər edib-etməyəcəyi müəyyənləşəcək.ABŞ lideri, həmçinin Hörmüz boğazının artıq qismən açıldığını və gəmilərin hərəkətinə başladığını qeyd edib.“Hörmüz boğazı cümə günü tam açılacaq. Düşünürəm ki, Yaxın Şərqdə çox müsbət hadisələr baş verəcək. Əsas məsələ neft qiymətlərinin sürətlə aşağı düşməsi və fond bazarının yüksəlməsidir. Ən vacibi isə İranın nüvə silahına sahib olmayacağıdır”, – deyə Tramp vurğulayıb.



