--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ay nümunələrində iki yeni mineral aşkarlandı

Elşən 24 Aprel 2026 · 13:22 31 baxış

Ay səthindən gətirilmiş materiallar üzərində aparılan tədqiqatlar nəticəsində iki yeni mineralın mövcudluğu müəyyən edilib.

Xarici mediaya istinadən verilən məlumata görə, Çin alimləri bu kəşfi Sıçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində açıqlayıblar.

Elpress.az -ın 1news-a istinadən xəbər verir ki,  “Çanqe-5” missiyası zamanı toplanmış qaya və torpaq nümunələrində fosfat mənşəli iki fərqli mineral aşkar olunub və onlara “magnezioçanqizit-(Y)” və “çanqizit-(Ce)” adları verilib.

Bu minerallar nadir torpaq fosfatları qrupuna daxildir və Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən rəsmi şəkildə tanınıb.

Qeyd edilib ki, bu tapıntılar Çinin Ay nümunələrində müəyyən etdiyi ikinci və üçüncü yeni minerallardır. Bundan əvvəl, 2022-ci ilin sentyabrında “çanqizit-(Y)” mineralı kəşf edilmişdi.

Son nəticələrə görə, Ayda aşkarlanan mineral növlərinin ümumi sayı səkkizə yüksəlib. Bu sahədə əvvəlki əsas tədqiqatlar ABŞ və Rusiya tərəfindən həyata keçirilmişdi.

Xatırladaq ki, Çin Ay səthindən nümunələr toplamaq üçün “Çanqe-5” aparatını 2020-ci ilin noyabr ayında buraxmış və aparat həmin ilin dekabrında 1,73 kiloqramlıq nümunə ilə Yerə geri dönmüşdü.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eldar Mansurov Efir Mədəniyyəti və Bayağı Musiqi Haqqında Danışdı

Next Article

Corciyada meşə yanğınları: minlərlə hektar sahə külə döndü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 79 baxış Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə […]

Avropa səmasında böhran təhlükəsi: IATA-dan kritik açıqlama

Aysel Əlibəyli 06 İyun 2026 · 17:56 60 baxış Avropada tətbiqi nəzərdə tutulan yeni sərhəd nəzarət sistemi hava nəqliyyatında ciddi problemlər yarada bilər. Elpress.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional […]