--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Sabah bu rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Aysel Əlibəyli 30 İyun 2026 · 13:14 130 baxış

Elpress.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bununla yanaşı, gecə saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 18-21, gündüz isə 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunu, nisbi rütubətin isə gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkənin rayonlarında isə hava şəraitinin daha qeyri-sabit keçəcəyi gözlənilir. Bir sıra bölgələrdə arabir yağış yağacaq, bəzi ərazilərdə yağıntıların intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bəzi rayonlarda yağıntılar daha da güclənə bilər. Axşam saatlarına doğru isə əksər bölgələrdə yağışın tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə isə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 17-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə isə 24-28 dərəcə isti olacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidməti intensiv yağıntı gözlənilən ərazilərdə yaşayan vətəndaşlara ehtiyatlı olmağı, xüsusilə dağlıq və dağətəyi rayonlarda mümkün sel və daşqın riskini nəzərə almağı tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göyçayda yol-nəqliyyat hadisəsi: avtomobil su kanalına düşdü

Next Article

Silahlı insident İranda can aldı: SEPAH-ın iki əməkdaşı həlak oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 62 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 10 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]

AQTA kərə yağları ilə bağlı pozuntular aşkarladı

Aysel Əlibəyli 18 İyul 2026 · 12:37 12 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kərə yağları ilə bağlı aparılan plandankənar yoxlamalar zamanı bir sıra etiketləmə pozuntuları aşkarlanıb. Elpress.az xəbər verir ki, bunu AQTA-nın Qida […]