--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada müzakirəyə çıxarılıb.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:45 1130 baxış

Kiyevdə, Ukrayna Ali Radasında milli icmaların nümayəndələri Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko ilə işgüzar görüş keçiriblər.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Kiyevdə keçirilən görüşdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Nataliya Naumenko, Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri, xalq deputatları və ölkədə fəaliyyət göstərən milli icmaların təmsilçiləri iştirak ediblər.Tədbirdə Azərbaycan icmasını Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Dünyamalızadə təmsil edib.Görüşdə miqrasiya siyasətinin aktual məsələləri, Ukrayna Nazirlər Kabinetinin 141 nömrəli sərəncamının tətbiqindən yaranan çətinliklər, sənədləşmə prosesləri, müxtəlif kateqoriyalara aid şəxslərin hüquqi statusu və milli icmaları narahat edən digər problemlər geniş şəkildə müzakirə olunub.Xəyyam Dünyamalızadə Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdığı əsas problemləri diqqətə çatdıraraq, xüsusilə miqrasiya məsələləri, sənədləşmədə yaranan çətinliklər və soydaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bağlı mövcud vəziyyətin həllinin vacibliyini vurğulayıb.O, həmçinin Azərbaycan vətəndaşlarının Ukraynaya giriş zamanı, xüsusilə Moldovadan tranzit keçərkən üzləşdiyi çətinlikləri Xarici İşlər Nazirliyi nümayəndəsinin diqqətinə çatdırıb.Müzakirələr zamanı dövlət qurumları ilə milli icmalar arasında əməkdaşlığın gücləndirilməsinin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanların təmin edilməsinin və Ukraynada milli həmrəyliyin möhkəmləndirilməsinin önəmi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Next Article

Moskva–Bakı “Natra” və “Zirkon” gəmisi hücumu ilə bağlı əlaqədədir – Zaxarova

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 1089 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1062 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1118 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 1052 baxış Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb. Qərarda məktəbin […]