--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Prezident: Ukraynanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyik

Aysel Əlibəyli 13 İyul 2026 · 10:51 1040 baxış

Prezident İlham Əliyev Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyinin dəyişməz olduğunu bəyan edib.

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən səsləndirib.Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanıb və ölkəmiz bundan sonra da Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyəcək.İlham Əliyev çıxışında işğalla heç vaxt barışmamağın vacibliyini vurğulayaraq Azərbaycanın bu məsələdə öz tarixi təcrübəsinə istinad edib. O qeyd edib ki, ölkəmiz uzun illər işğalla üzləşsə də, müxtəlif beynəlxalq təzyiqlərə baxmayaraq ərazi bütövlüyündən imtina etməyib və nəticədə torpaqlarını azad edib.Prezident həmçinin bildirib ki, heç bir dövlətin sərhədləri zor tətbiq etməklə və ya həmin ölkənin xalqının iradəsi əleyhinə dəyişdirilə bilməz. Onun sözlərinə görə, Azərbaycan bu prinsipə daim sadiq qalıb və beynəlxalq hüququn aliliyini müdafiə etməyə davam edəcək.Dövlət başçısı əlavə edib ki, Azərbaycan imkanları daxilində Ukrayna xalqına humanitar dəstəyini də davam etdirəcək. O vurğulayıb ki, bu yardım reklam məqsədi daşımır və həm dövlət, həm də cəmiyyət tərəfindən səmimi həmrəylik nümunəsi kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ hərbi gəmiləri İran sahillərinə yaxın məsafədə müşahidə olundu

Next Article

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 1082 baxış Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar. Elpress.az xəbər verir ki, […]

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1054 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:52 1016 baxış Prezident İlham Əliyevdən sərəncam: Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeninə layiq görüldü Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni […]