--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ekspert: Bakı-Aşqabad əməkdaşlığı region üçün yeni imkanlar yaradır

Aysel Əlibəyli 23 İyun 2026 · 19:18 42 baxış

Azərbaycan və Türkmənistan arasında son illər müşahidə olunan siyasi dialoq və yüksəksəviyyəli təmaslar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy səsləndirib.Ekspertin sözlərinə görə, Azərbaycan Xəzər vasitəsilə Asiyaya çıxış baxımından Türkmənistan üçün mühüm tərəfdaş olduğu kimi, Türkmənistan da Azərbaycan üçün regionun nəqliyyat və enerji xəritəsində xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin Orta Dəhliz üzərində yerləşməsi tranzit və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Nazim Cəfərsoy bildirib ki, Azərbaycanın enerji, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji modernləşmə sahəsində qazandığı təcrübə Türkmənistanla əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verə bilər.Onun fikrincə, iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Türkmənistanın zəngin qaz ehtiyatlarının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına nəqli regionun və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.Ekspert həmçinin vurğulayıb ki, sənaye, nəqliyyat, logistika və investisiya sahələrində də geniş əməkdaşlıq potensialı mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələri və ölkənin tranzit imkanları Türkmənistan üçün yeni əməkdaşlıq perspektivləri yaradır.

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Nazim Cəfərsoyun sözlərinə görə, ortaq tarix, dil və mədəni dəyərlər Azərbaycan-Türkmənistan münasibətlərinin daha da möhkəmlənməsi üçün etibarlı zəmin formalaşdırır və mövcud dinamika qarşıdakı illərdə əlaqələrin daha da dərinləşəcəyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Next Article

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Aysel Əlibəyli 05 İyun 2026 · 15:02 130 baxış 5 iyun tarixində CNN World xəbər kanalının rəsmi internet səhifəsində yayımlanan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar üçün istifadə edilməsi, […]

Latviya Prezidenti İlham Əliyevi Riqaya səfərə dəvət edib

Elşən 23 Aprel 2026 · 09:23 70 baxış Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevi Latviyaya səfərə dəvət edib. O, Bakıda keçirilən birgə bəyanatda bildirib ki, tərəflər artıq bir neçə dəfə görüşüblər — həm […]