--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 40 baxış

Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur.

Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasında qəbul edilmiş qətnamə ilə təsis edilib. Məqsəd parlamentlərin və parlament təşkilatlarının davamlı inkişafın təmin olunması, demokratiyanın möhkəmləndirilməsi və insanların həyat şəraitinin yaxşılaşdırılmasındakı rolunu ön plana çıxarmaqdır. Tarix həm də 1889-cu ildə yaradılmış Parlamentlərarası İttifaqın ildönümü ilə əlaqədardır. Dünyanın ilk çoxtərəfli siyasi təşkilatlarından biri hesab olunan qurum beynəlxalq əməkdaşlığın genişlənməsinə, münaqişələrin dialoq yolu ilə həllinə və parlament diplomatiyasının inkişafına mühüm töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafı isə müstəqillik dövründə yeni mərhələyə qədəm qoyub. Xüsusilə 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə parlament institutunun möhkəmlənməsinə və siyasi sabitliyin təmin edilməsinə mühüm təsir göstərib. Onun rəhbərliyi dövründə parlamentin fəaliyyətində şəffaflıq artırılıb, siyasi dialoq və qanunun aliliyi prinsipləri ön plana çıxarılıb.1995-ci ildən etibarən isə Azərbaycan parlamenti ölkənin siyasi sisteminin formalaşmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynayıb.Bu gün Milli Məclis Azərbaycanın xarici siyasətində və parlament diplomatiyasında da fəal iştirak edir. Müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, parlamentlərarası dostluq qrupları və yüksəksəviyyəli konfranslar ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsi isə milli parlamentarizm tarixinin və parlament diplomatiyasının mühüm uğurlarından biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda nəqliyyat məhdudiyyəti: 7 marşrut üzrə dəyişiklik ediləcək

Next Article

PAŞA Sığortadan su basan avtomobilə 77 min manat ödəniş

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və İordaniya arasında vizalar ləğv olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 11:38 24 baxış Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafı istiqamətində daha bir mühüm sənəd imzalanıb. Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniyanın xarici işlər […]

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 26 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]