Aktrisa Ceren Ayrukun yaşı ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub
Elpress.az xəbər verir ki, “Daha 17” serialında Leyla obrazı ilə tanınan gənc aktrisa Ceren Ayrukun yaşı ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.Müzakirələrə səbəb aktrisanın illər əvvəl çəkildiyi iddia olunan məzuniyyət fotoları olub. Bəzi sosial media istifadəçiləri Ceren Ayrukun 23 deyil, 28 yaşında olduğunu və aktrisa Devrim Özkanla eyni yaşda olduğunu irəli sürüblər.Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib. İctimaiyyətə açıq bioqrafik məlumatlara əsasən, Ceren Ayruk 4 avqust 2002-ci ildə anadan olub. Buna görə də sosial şəbəkələrdə yayılan məlumatların doğruluğu hələlik təsdiqini tapmayıb.


