--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Aysel Əlibəyli 03 İyul 2026 · 19:06 36 baxış

Elpress.az xəbər verir ki, “TikTok” istifadəçisi İlduzə Hacıyeva barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra qəzada həyatını itirən Amal Məlikovun ailəsi məsələ ilə bağlı açıqlama yayıb.

Mərhumun bacısı sosial şəbəkədə paylaşdığı açıqlamada ailə ilə barışıq əldə olunmasına yönəlmiş cəhdlərin nəticəsiz qalacağını bildirib. Onun sözlərinə görə, son günlər müxtəlif şəxslər ailə üzvləri ilə əlaqə saxlamağa, evlərinə gələrək barışıq üçün vasitəçilik etməyə çalışırlar.

Ailə üzvü qeyd edib ki, baş verən faciədən sonra mərhumun yaxınlarına qarşı səsləndirilən təhqirlərdən sonra hər hansı barışıqdan söhbət gedə bilməz və bu məsələ qəti şəkildə gündəmdə deyil.

O, həmçinin məhkəmənin təyin etdiyi cəzanın yüngül hesab edildiyini vurğulayaraq, yaxın günlərdə hökmün ağırlaşdırılması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Next Article

Azərbaycan və Şimali Kipr səhiyyədə yeni əməkdaşlığa hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hollivud elitasının gizli xəstəxanası 👀

Aysel Əlibəyli 26 May 2026 · 20:27 114 baxış Hollivud ulduzlarının tez-tez üz tutduğu məşhur Cedars-Sinai Medical Center xəstəxanasının daxilindən görüntülər. Elpress.az-ın məlumatına əsasən, İllərdir Hollivud ulduzlarının etibar etdiyi, Marilyn Monroedan Joan Collinsə qədər bir […]

Sem Nillin nədən öldüyü bəlli olub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:52 8 baxış Meneceri Sem Nillin pnevmoniyadan vəfat etdiyini açıqlayıb Elpress.az xəbər verir ki , Yeni zelandiyalı məşhur aktyor Sem Nillin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib.Aktyorun meneceri […]

Oğlunun yasından çıxmamış ata da həyatını itirdi

Aysel Əlibəyli 07 İyun 2026 · 00:06 64 baxış Türkiyəli aktyor Alp Balkanın ailəsində yaşanan kədərli hadisə ictimaiyyətin diqqətini çəkib. Elpress.az xəbər verir ki, mərhum sənətçinin atası Mustafa Balkan oğlunun vəfatından cəmi 24 gün sonra […]