--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1092 baxış

Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur.

O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır və diplomatiya sahəsində peşəkar fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.Aysunun həyat yolu Azərbaycanın qədim mədəniyyət ənənələri ilə zəngin bölgəsindən başlayaraq beynəlxalq mühitə uzanıb. Uşaqlıq illərini Şəkinin Təpəcənnət kəndində keçirən gənc tələbə tarixə, mədəniyyətə və milli kimliyə marağının ailə mühitində formalaşdığını deyir.Ailə şəraiti ilə əlaqədar təhsilini Qazaxıstanda davam etdirmək məcburiyyətində qalan Aysun üçün yeni ölkəyə uyğunlaşmaq mühüm həyat təcrübəsinə çevrilib. Müxtəlif mədəniyyətlərlə təmas, fərqli düşüncə tərzləri və beynəlxalq mühit onun dünya görüşünün formalaşmasına ciddi təsir göstərib. Məhz bu dövrdə beynəlxalq münasibətlərə marağı daha da güclənib.Tələbə hesab edir ki, diplomatiya xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına xidmət edən ən vacib sahələrdən biridir. O, beynəlxalq layihələrdə, diplomatik görüşlərdə və müxtəlif tədbirlərdə fəal iştirak etməklə nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirir.Aysunun sözlərinə görə, ailəsinin ona aşıladığı vətənpərvərlik hissi və dövlətə bağlılıq gələcək peşə seçimində mühüm rol oynayıb. Azərbaycan Ordusunun zabiti olmuş atasının həyat yolu və xidmətləri onun üçün məsuliyyət, intizam və Vətənə sədaqət nümunəsinə çevrilib.Gənc tələbə gələcəkdə diplomatiya sahəsində çalışaraq Azərbaycanın maraqlarının beynəlxalq platformalarda müdafiəsinə və ölkəsinin tanıdılmasına töhfə verməyi qarşısına əsas məqsəd kimi qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni qaydanı bilməyən sürücülər daha çox cərimə ilə üzləşir

Next Article

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1038 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1084 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1016 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]