--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 34 baxış

Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı

Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən “Kitab Dayanacağı” layihəsi sərnişinlərin gözləmə və səfər müddətini daha maraqlı və faydalı etmək məqsədi daşıyır.Layihə çərçivəsində Bakı Dəmiryol Vağzalının gözləmə zalında müxtəlif dillərdə və janrlarda kitabların təqdim olunduğu xüsusi bölmə yaradılıb. Sərnişinlər burada olan kitablardan qeydiyyat və ödəniş tələb olunmadan istifadə edə bilərlər.Oxucular seçdikləri kitabları gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər sərnişinlərin də yararlanması üçün onları yenidən “Kitab Dayanacağı”na və ya qatar bələdçisinə təhvil verə bilərlər.ADY vətəndaşları da layihəyə qoşulmağa və oxuduqları, tövsiyə etdikləri kitabları paylaşmağa çağırıb. Bunun üçün kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təqdim etmək və ya qurumla əlaqə saxlamaq mümkündür.Qurum bildirib ki, “Kitab Dayanacağı” hər kəs üçün açıq olan bir təşəbbüsdür və kitabların qorunması, növbəti oxucular üçün saxlanılması vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

Next Article

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 164 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 110 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 121 baxış “AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 26 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]