--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

World Urban Forum 13 çərçivəsində yaşıl, davamlı və yerli resurslardan istifadə olunaraq evlərin inşasına dair sessiya təşkil olunub.

Aysel Əlibəyli 20 May 2026 · 20:00 42 baxış

World Urban Forum 13 çərçivəsində “Sürət və miqyasda yaşıl əlverişli mənzil – dekarbonizasiya edilmiş, davamlı və yerli resurslara əsaslanan evlərin təmin edilməsi” mövzusuna həsr olunan sessiya təşkil edilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, European Bank for Reconstruction and Development-nin enerji səmərəliliyi üzrə aparıcı mütəxəssisi Boyan Bogdanovic moderatorluğu ilə keçirilən müzakirələrdə yaşıl, dayanıqlı və yerli resurslara əsaslanan əlverişli mənzillərin inşasının əhəmiyyəti ön plana çəkilib.Maureen Agnes Nieri bildirib ki, Afrikada müşahidə olunan sürətli demoqrafik artım fonunda həm münasib qiymətli, həm də ekoloji baxımdan davamlı mənzillərin təmin olunması xüsusi əhəmiyyət daşıyır. O, Nayrobidə yerli hakimiyyətin bu məsələlərə yanaşması, qarşıya çıxan problemlər və şəhərin inkişaf tempinə uyğun atılan addımlar barədə danışıb.Onun sözlərinə görə, gələcək nəsillər üçün davamlılığın təmin olunması nəzərə alınmadan əlverişli mənzil siyasətindən danışmaq mümkün deyil. Qeyd edilib ki, Nairobi Afrikanın ən sürətlə inkişaf edən şəhərlərindən biridir və hər il minlərlə insan kənd yerlərindən şəhərə üz tutur. Bu isə mənzil və infrastruktur sahəsində ciddi təzyiq yaradır. Buna görə də hazırda davamlı enerji sistemlərinə malik şəhərlərin qurulması istiqamətində planlaşdırma işləri aparılır.Sessiyada çıxış edən UN-Habitat-ın davamlı inkişaf eksperti Marco Musolena, Azərbaycan Yaşıl Tikinti Şurası-nın sədri Fuad Bağırov, Cities Climate Finance Leadership Alliance direktorunun müavini Priscilla Negreiros və Serbia Spatial and Urban Planning Agency-nin inkişaf meneceri Sinisa Trkulya sərfəli mənzil layihələri, enerji səmərəliliyi yüksək olan binaların təşviqi, şəhərlərin iqlim dəyişikliklərinə davamlı şəkildə inkişaf etdirilməsi və investorlarla əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.Müzakirələrdə vurğulanıb ki, əlverişli mənzil siyasəti iqlim dəyişikliklərinə davam gətirə bilən dayanıqlı infrastrukturla birlikdə həyata keçirilməlidir. Bildirilib ki, iqlim dəyişikliyi nəticəsində artıq milyonlarla insan məcburi köçlə üzləşib. Həmçinin qeyd olunub ki, mənzil siyasətində dekarbonizasiya, bərpaolunan və təmiz enerji mənbələrindən istifadə əsas prioritetlərdən biri olmalıdır. Bu baxımdan enerji səmərəliliyi, keyfiyyətli tikinti materiallarından istifadə, nəqliyyatın təsiri, daxili mühitin keyfiyyəti, emissiyaların azaldılması və karbon balansının qorunması kimi məsələlərin düzgün planlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.

Next Article

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Aysel Əlibəyli 23 İyun 2026 · 13:51 22 baxış İlhamə Qədimova Saatlı rayonunda keçirilən regional müşavirədə ölkədə qoyunçuluğun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni hədəfləri açıqlayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, […]

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Aysel Əlibəyli 09 İyun 2026 · 12:41 86 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər rayonunda yerləşən “Tərtər” bazarında yoxlama həyata keçirib Yoxlama Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus bazarda aparılıb. Elpress.az […]

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 36 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]