--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 54 baxış

AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb.

AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən qrafikdən kənar vəziyyətlə üzləşib. Bildirilib ki, J2-295 nömrəli Bakı–Naxçıvan reysini yerinə yetirən hava gəmisi ildırımlı hava şəraiti ucbatından Bakıya geri dönərək Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib, J2-2257 reysi isə eyni səbəbdən müvəqqəti olaraq təxirə salınıb və sərnişinlərə əlavə məlumatların təqdim olunacağı qeyd edilib. Qurum vurğulayıb ki, son günlər Naxçıvanda müşahidə olunan güclü külək, məhdud görmə imkanları və dağlıq relyefin yaratdığı mürəkkəb meteoroloji vəziyyət uçuşların planlı şəkildə icrasına çətinlik törədir, buna görə də sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə operativ qərarlar qəbul olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Flora Kərimova xəstəxanaya yerləşdirilib

Next Article

Şəhid anası vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjada qaz ucuzlaşdı

Aysel Əlibəyli 08 İyun 2026 · 09:39 52 baxış Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçersləri ucuzlaşıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti […]

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 106 baxış Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas […]

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 30 baxış Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət […]

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Elşən 24 Aprel 2026 · 09:56 64 baxış Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma müşahidə olunub. Elpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% (33,60 dollar) enərək 4 690,40 dollara […]