--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Aysel Əlibəyli 09 İyun 2026 · 18:52 114 baxış

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası baş tutub.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasın gündəliyinə yalnız bir məsələ — Prezident tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi daxil edilib.A. Əmiraslanov qeyd edib ki, müzakirəyə çıxarılan qanun layihəsi və müvafiq hesabat qanunvericilikdə müəyyən edilmiş müddət və qaydalara uyğun olaraq Milli Məclisə təqdim olunub və bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəy hazırlanıb. O, Prezidentin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində institusional xarakterli islahatlara start verildiyini, həmçinin rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasının və səmərəli icra-nəzarət mexanizmlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Komitə sədri bu islahatların parlament səviyyəsində büdcə hesabatlılığının daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.Daha sonra maliyyə naziri Sahil Babayev qanun layihəsini və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edərək, Prezidentin rəhbərliyi ilə həyata keçirilən büdcə siyasətinin əsas prioritetlərindən danışıb. O, iqtisadi artımın davamlılığı, makroiqtisadi sabitlik, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi, sosial xərclərin tam maliyyələşdirilməsi, eləcə də müdafiə və təhlükəsizlik sahələrinin gücləndirilməsinin əsas istiqamətlər olduğunu diqqətə çatdırıb. Nazir Qarabağ və Şərqi Zəngəzurun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və real sektorun sürətli inkişafının prioritet olduğunu da qeyd edib.S. Babayev bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə səviyyəsi 92 faiz təşkil edir və bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir. O, icmal büdcədə qeyri-neft gəlirlərinin payının 55,2 faizə, qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbətinin isə 28,7 faizə yüksəldiyini bildirib.Nazir həmçinin dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, xəzinədarlığın təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə göstəricilərinin təhlili və investisiya layihələrinin ekspertizası kimi tədbirlər barədə məlumat verib.Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsi və illik hesabatla bağlı rəyini təqdim edərək, göstəricilərin ümumilikdə qanunvericiliyin tələblərinə uyğun hazırlandığını və ÜDM proqnozlarının faktiki nəticələrlə demək olar ki, üst-üstə düşdüyünü bildirib. O, büdcə icrasının dövlətin strateji sənədlərinə uyğun olduğunu vurğulayıb və gəlir-xərc göstəriciləri üzrə bəzi məqamlara toxunub.Palata sədri həmçinin büdcə vəsaitlərinin uçotu və xərclərin izlənilməsi sahəsində aparılan dəyişikliklərin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təkmilləşdirmələrin davam etdirilməsinin vacibliyini bildirib.İclasda komitə üzvləri sənədlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər, daha sonra maliyyə naziri və Hesablama Palatasının sədri qaldırılan məsələlərə aydınlıq gətiriblər.Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsrailin Livanın Tir şəhərinə zərbəsi: 8 ölü var

Next Article

İran millisinin planına qadağa gəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 117 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 120 baxış Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır. Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı […]

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 12 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]