--:--:-- | 27 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağ” – “Dinamo” Kiyev oyunlarının hakimləri açıqlandı

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:51 1034 baxış

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmalarını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Elpress.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək ilk oyunun baş hakimi Danimarkadan Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen, VAR hakimi vəzifəsini isə Yakb Kelet yerinə yetirəcək.

Avqustun 13-də Bakıdakı cavab qarşılaşması isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq, dördüncü hakim Lyuis Smit kömək edəcək. VAR hakimi kimi isə Piter Benks fəaliyyət göstərəcək.

Qeyd edək ki, cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Next Article

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belçikalı müdafiəçi “Sanderlend”ə keç

Aysel Əlibəyli 15 İyul 2026 · 18:35 1054 baxış “Sanderlend” Tomas Menye ilə iki illik müqavilə imzaladığını açıqlayıb Elpress.az xəbər verir ki , Fransanın “Lill” klubundan ayrılan belçikalı futbolçu Tomas Menye karyerasını İngiltərə Premyer Liqasında […]

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:30 1109 baxış I Liqa təmsilçisi “Səbail” yeni mövsüm hazırlıqları çərçivəsində heyətində dəyişiklik edib. Klub daha bir futbolçu ilə anlaşaraq komandanın oyun imkanlarını artırmaq qərarına gəlib. Elpress.az-ın Apasport.az-a istinadən […]

Ersin Destanoğlu BƏƏ klubuna transfer olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:35 1050 baxış “Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Beşiktaş” klubundan ayrılan Ersin Destanoğlu Birləşmiş Ərəb Əmirliklərinin […]