--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Meşə yanğınları Türkiyəni cənginə aldı: Minlərlə hektar ərazi məhv olub

Aysel Əlibəyli 28 İyun 2026 · 14:30 104 baxış

Elpress.az xəbər verir ki, Türkiyədə son dövrlərdə qeydə alınan meşə yanğınları ölkənin təbii sərvətlərinə ciddi ziyan vurub. Rəsmi məlumatlara görə, baş verən 3 min 224 meşə yanğını nəticəsində 40 min 32 hektar meşə sahəsi tamamilə məhv olub.

Məlumata əsasən, yanğınların böyük hissəsi insan amili, xüsusilə də səhlənkarlıq səbəbindən baş verib. Təkcə ehtiyatsız davranışlar minlərlə hektar meşənin yanaraq külə dönməsinə gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, son illərdə iqlim dəyişikliyi, havanın temperaturunun yüksəlməsi və rütubətin azalması meşə yanğınlarının daha sürətlə yayılmasına şərait yaradır. Bu səbəbdən Türkiyənin bir çox bölgəsində yanğın təhlükəsi yüksək olaraq qalır.

Rəsmi statistikaya görə, meşə yanğınları qəsd, qəza, səhlənkarlıq, təbii amillər və səbəbi müəyyən edilməyən hadisələr nəticəsində meydana gəlir. Lakin ən ağır nəticələr məhz səhlənkarlıqdan qaynaqlanan yanğınlarda qeydə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Next Article

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kahramanmaraş 4,2 bal gücündə zəlzələ ilə silkələndi

Aysel Əlibəyli 14 İyul 2026 · 23:28 12 baxış Türkiyənin Kahramanmaraş vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.Məlumata əsasən, […]

Mingəçevirdə faciə: 24 yaşlı gənc su anbarında boğuldu

Aysel Əlibəyli 07 İyul 2026 · 22:13 22 baxış Mingəçevir su anbarında acı hadisə: Gəncin həyatını xilas etmək mümkün olmadı Elpress.az xəbər verir ki, Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Mingəçevir su anbarında çimən gənc […]

Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 21 May 2026 · 09:14 66 baxış Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Elpress.az -a verilən məlumata əsasən, mayın 21-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar səhər saat 05:47-də seysmoloji cihazlar vasitəsilə müəyyən olunub. […]