--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Aysel Əlibəyli 16 İyun 2026 · 00:03 1090 baxış

Göyçay rayonunda qeyri-sabit hava şəraiti bir sıra problemlərə yol açıb. Axşam saatlarında yağan leysan və müşahidə olunan güclü külək müxtəlif ərazilərdə fəsadlar törədib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar güclü küləyin təsirindən aşaraq yolun hərəkət hissəsini bağlayıb. Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.Əraziyə operativ xidmət əməkdaşları cəlb olunub. Hazırda aşan ağacların ərazidən götürülməsi və yol hərəkətinin tam bərpası istiqamətində işlər aparılır.Təbiət hadisəsinin fəsadları rayonun Yeniarx kəndində də hiss olunub. Belə ki, qırılan ağacların elektrik xətlərinin üzərinə düşməsi səbəbindən kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.Sakinlərin verdiyi məlumata görə, güclü külək bəzi yaşayış evlərinin və yardımçı tikililərin dam örtüklərinə zərər vurub. Bundan əlavə, aşan ağaclardan biri minik avtomobilinə ziyan yetirib.İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacı: Ruhun libası

Next Article

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 21 May 2026 · 09:14 1078 baxış Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Elpress.az -a verilən məlumata əsasən, mayın 21-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar səhər saat 05:47-də seysmoloji cihazlar vasitəsilə müəyyən olunub. […]

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Aysel Əlibəyli 27 May 2026 · 23:42 1074 baxış Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Göyçay rayonunun Şəkər kəndi ərazisində ilan sancması hadisəsi baş verib.Belə ki, kənd sakini, […]

Tovuzda ildırım evi yandırdı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:28 1020 baxış Tovuzda ildırımın vurduğu evdə yanğın baş verdi, 10 nəfər zəhərləndi Elpress.az xəbər verir ki, Tovuz rayonunda ildırım çaxması nəticəsində fərdi yaşayış evində yanğın baş verib.Hadisə Yuxarı […]