--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Həmyerlisini maşınla vuraraq öldürdü

Aysel Əlibəyli 07 İyul 2026 · 22:27 1030 baxış

Qısqanclıq iddiası ilə başlayan münaqişə faciə ilə bitdi: Avtomobillə həmyerlisinin üzərindən dəfələrlə keçdi

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır hadisə baş verib. İlkin məlumata görə, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.Bildirilir ki, ilkin toqquşmadan sonra sürücü avtomobili yenidən zərərçəkənin üzərinə sürərək onun üzərindən bir neçə dəfə keçib. Nəticədə Azər Şahmuradov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hadisə şahidlərinin və mərhumun yaxınlarının iddiasına görə, tərəflər arasında uzun müddətdir şəxsi ədavət mövcud olub. Onların sözlərinə əsasən, münaqişənin qısqanclıq zəminində yarandığı iddia edilir. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.Baş verən hadisənin anbaan qeydə alındığı görüntülərin olduğu bildirilsə də, onların həssas məzmun daşıdığı nəzərə alınaraq ictimaiyyətə təqdim edilmədiyi qeyd olunur.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə araşdırma aparılır. Hadisənin bütün səbəbləri və təfərrüatları istintaq çərçivəsində müəyyən ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Next Article

Liftdə zorakılığa məruz qalan autizmli uşağın anası ilk dəfə danışdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Elşən 20 May 2026 · 15:16 1087 baxış Dövlət İmtahan Mərkəzi 17 may 2026-cı il tarixində keçirilmiş magistratura qəbul imtahanının ilkin nəticələrini açıqlayıb. DİM-dən verilən məlumata görə, bakalavrların nəticələri qapalı və kodlaşdırıla bilən açıq tipli […]

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Aysel Əlibəyli 28 İyun 2026 · 14:35 1111 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Ağdərə rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, “Mercedes” markalı […]

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Aysel Əlibəyli 16 İyul 2026 · 18:20 1022 baxış Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qadınları sosial şəbəkələrdə süni intellekt vasitəsilə şantaj edən şəxsləri saxlayıb. Elpress.az xəbər verir ki, polisə naməlum şəxslərin qadınların […]

Sabunçuda dəhşətli hadisə: Qadın 5-ci mərtəbədən yıxıldı

Aysel Əlibəyli 20 İyul 2026 · 22:35 1022 baxış Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonu, Məmmədi qəsəbəsində qadının yaşayış binasının 5-ci mərtəbəsindən yıxılması ilə bağlı hadisə baş verib. İlkin məlumata görə, hadisə axşam saatlarında […]