--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Aysel Əlibəyli 26 İyun 2026 · 18:50 56 baxış

Abşeron rayonunda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən növbəti profilaktik tədbirlər keçirilib.

Elpress.az xəbər verir ki, DİN-in məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin həyata keçirdiyi reyd zamanı sakinlərin narahatlığına səbəb olan, yüksək səs effekti yaradan və sürücülük vəsiqəsi olmadan motosiklet idarə edən 122 nəfər saxlanılıb.

Yoxlamalar zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən, əlavə işıq və səsboğucu quraşdıran 30 sürücü, yükdaşıma qaydalarını pozan 11 nəfər, piyadalara yol verməyən 18 sürücü və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 nəfər barəsində də inzibati protokollar tərtib edilib.

Bildirilib ki, Abşeron rayonunda yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Borc mübahisəsi qanla bitdi: 17 yaşlı yeniyetmə atışmada öldürüldü

Next Article

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Aysel Əlibəyli 12 İyul 2026 · 20:56 16 baxış Şəmkir rayonunda baş verən bədbəxt hadisə 38 yaşlı qadının həyatına son qoyub. Elpress.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Məlumata […]

Mingəçevir ərazisində boğularaq həyatını itirib.

Aysel Əlibəyli 12 İyul 2026 · 21:06 16 baxış Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə baş verən faciə nəticəsində Tərtər rayon sakini, 24 yaşlı Rəşad Çərkəzli boğularaq ölüb. Elpress.az xəbər verir ki, Mingəçevir su anbarının […]