--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

5 nəfəri ölümdən qaytardılar — İsmayıllıda çay qəzası

Aysel Əlibəyli 28 May 2026 · 11:49 1219 baxış

Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobil suyun güclü axını nəticəsində hərəkətsiz qalaraq içindəki 5 nəfəri köməksiz vəziyyətdə saxlayıb.

FHN-in xilasetmə qrupları operativ müdaxilə edərək onların hamısını təhlükəsiz şəkildə çıxarıb. ELPRESS.az apa-a istinadən verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. 1980-ci il təvəllüdlü Cümşüd Hüseynovun idarə etdiyi “Niva” markalı avtomobil çayda sürətli su axını ilə üzləşərək irəliləyə bilməyib. Sürücü və 4 sərnişin nəqliyyat vasitəsində köməksiz qalıb.”112″ qaynar xəttinə daxil olan çağırışa əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə yola düşüb. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildəki bütün şəxslər sağ-salamat xilas edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Next Article

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə ağır qəza: bir nəfər öldü, bir nəfər yaralandı

Aysel Əlibəyli 05 İyul 2026 · 19:40 1104 baxış Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı ölən və yaralanan var. Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. […]

Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 10:27 1068 baxış Saatlı rayonunda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Elpress.az xəbər verir ki, hadisə rayonun Musalı kəndi ərazisində baş verib.Aparılan araşdırmalar zamanı yanğının kənd […]

Ağdamda Allahverdi Bağırovun xatirəsi anılıb

Aysel Əlibəyli 12 İyun 2026 · 19:25 1134 baxış Ağdam rayonunda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə onun ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon […]