--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

22 yaşlı gənc suya düşərək itkin düşüb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:46 56 baxış

Tovuz rayonunda çayda 22 yaşlı gəncin batdığı ehtimal edilir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuzun Dondar Quşçu kəndinə qohumlarının yanına qonaq gəlib.Son günlər bölgədə müşahidə olunan intensiv yağışlar nəticəsində Tovuz çayında suyun səviyyəsi kəskin şəkildə yüksəlib, axının sürəti isə güclənib. Bu səbəbdən çayın təhlükəli vəziyyət alması ehtimal olunur.İlkin məlumatlara görə, gəncin çaya düşərək batdığı güman edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və aidiyyəti qurumların xilasediciləri cəlb olunub, axtarış işləri davam etdirilir.Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kürdəmirdə ardıcıl iki qəza: avtomobillər aşıb, sürücülər xəsarət alıb

Next Article

Məşhur aktrisanın qalmaqallı yazışmaları üzə çıxdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə qadın ərini avtomobillə vurdu

Aysel Əlibəyli 18 İyul 2026 · 15:19 10 baxış Gəncədə boşanmaq üstündə mübahisə qanlı hadisə ilə nəticələndi Elpress.az xəbər verir ki, Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Məlumata görə, hərəkətdə olan avtomobil 43 […]

Həmyerlisini maşınla vuraraq öldürdü

Aysel Əlibəyli 07 İyul 2026 · 22:27 20 baxış Qısqanclıq iddiası ilə başlayan münaqişə faciə ilə bitdi: Avtomobillə həmyerlisinin üzərindən dəfələrlə keçdi Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır hadisə […]

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Aysel Əlibəyli 05 İyun 2026 · 16:47 116 baxış Rumıniyanın Konstansa limanında baş verən partlayışa səbəb olan pilotsuz dəniz aparatının Ukraynaya aid olduğu bildirilib. Elpress.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat […]