--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yasamalda evin qanunsuz sökülməsi iddialarına cavab verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:38 34 baxış

Yasamal Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan və vətəndaşın evinin qanunsuz şəkildə sökülməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.Qurumdan bildirilib ki, sözügedən ünvanda yaşayan Tatyana Aqafonovanın evinin istismar müddəti başa çatıb. Sakinlərin köçürülməsi və əmlakların qiymətləndirilməsi prosesi müvafiq komissiya tərəfindən həyata keçirilir.Məlumata görə, qiymətləndirmə zamanı sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib. Həmçinin qeyd olunub ki, çıxarışda göstərilən sahədən əlavə, faktiki istifadədə olan və qanunsuz inşa edilmiş əlavə tikili mövcuddur. Həmin tikilinin binanın konstruktiv dayanıqlılığına mənfi təsir etdiyi və qəzalı vəziyyəti daha da ağırlaşdırdığı bildirilib.Yasamal Rayon İcra Hakimiyyətinin açıqlamasında vurğulanıb ki, hazırda evin deyil, qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü aparılır.Qeyd edək ki, keçmiş “Sovetski” ərazisində istismar müddəti başa çatmış tikililərin sökülməsi və sakinlərin bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülməsi prosesi davam etdirilir. Proses başa çatdıqdan sonra ərazinin abadlaşdırılması, tarixi binaların təmiri və bərpası istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Next Article

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 36 baxış Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. […]

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Elşən 25 İyun 2026 · 23:40 68 baxış Bu gün Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin yaranmasının ildönümüdür. Elpress.az saytı kollektivi olaraq 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü […]